DYP-dən avtobus dayanacaqları barədə TƏNQİD

"Bu gün Bakı şəhərində avtobus dayanacaqları yolayrıclarında qoyulur və böyük problemlər yaradır".
“Report” xəbər verir ki, bunu onlayn keçirilən “Baku City Forum”da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.
“Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır. Narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir. Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəbdən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin”, - o qeyd edib.
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR









