DYP-dən bayram günlərində yola çıxanlara - Xəbərdarlıq

“Bayram günlərində həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydaların əməl etməyə çağırıram. Nizam-intizama riayət etməklə hadisələri sıfıra endirə bilərik”. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib. DYP sözçüsü ictimaiyyətə çağırış edərək bayram günlərində ehtiyatlı olmağa səsləyib və yol polisinin də gücləndirilmiş iş rejimində olacağını vurğulayıb: “Təhlükəsizliyin təmin edilməsi Dövlət Yol Polisi əməkdaşlarının ən önəmli vəzifəsidir və bu istiqamətdə zəruri tədbirləri mütəmadi həyata keçiririk. DYP əməkdaşları həm adi günlərdə, həm də bayram günlərində yol-qəza hadisələrinin qarşısının alınması üçün çalışır. Nəzarəti gücləndiririk ki, bədbəxt hadisələrin sayını aşağı salaq. Ən azından bu bayram günlərində paytaxtdan kənarda, bölgələrə doğru hərəkətin artdığını nəzərə alıb həmin ərazilərdə nəzarəti gücləndirəcəyik. Sürət həddinin aşılmasına, sükan arxasında mobil telefonla danışmağa, diqqəti yayındıra biləcək sair əməllərin edilməsinə qarşı tədbirlərimizi davam etdirəcəyik”.
Sürücülərə səslənən Vaqif Əsədov onları sürət həddini aşmamağa çağırıb: “Mən fürsətdən istifadə edib sürücülərə səslənirəm ki, bu bayram günlərində bölgələrə, Bakı ətrafındakı bağ evlərinə gedərkən sürət həddinə fikir verin, ara məsafəsinə diqqət yetirin, diqqəti yayındıra biləcək hərəkətlər etməyin. Yol ayrıclarını keçərkən mütləq diqqətli olun, tələsməyin və qarşı hərəkət zolağına çıxmağın təhlükəli olduğunu nəzərə alın. Sürücülər nəzərə alsınlar ki, qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması ilə bağlıdır.
Piyadalar da yalnız onlar üçün ayrılmış yolla hərəkət etməlidirlər, yolu keçərkən piyada zolaqlarından, keçidlərdən istifadə etməlidirlər. Piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətini nəzərə almalıdırlar. Unutmaq olmaz ki, “yol hərəkəti haqında” Qanunun 40-cı maddəsi piyadaların vəzifələrini müəyyən edir. Bu mənbənin tələbi pozulduqda piyadalar məsuliyyətə cəlb edilir. Əminliklə deyə bilərəm ki, nizam-intizama əməl etməklə hadisələri sıfıra endirə bilərik. Yay mövsümündə yaxşı olar ki, sürücülər xüsusi kondisioner sistemi olan avtomobillərdə hərəkət etməyə üstünlük versinlər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












