DYP-dən bu zolaqlarla bağlı sürücülərə xəbərdarlıq - Mayın 1-dən - FOTO

Bakıda keçiriləcəkIV İslam Həmrəyliyi Oyunlarında paytaxtda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı müəyyən edilib. Avtosfer.az-ın məlumatına görə, bu barədə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin ərazilər paytaxtın Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Səlyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesidir. Həmin küçə və prospektlərdə ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq: "Yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq, yalnız xüsusi buraxılışı olan nəqliyyat vasitələri, xüsusi loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarla hərəkətə edə biləcək".
K.Əliyev bildirib ki, əgər digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olacaqlarsa, onlar inzibati məsuliyyətə cəlb olunacaq: "Xüsusi zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək. Bu zolaqlara 24 saat nəzarət olunacaq. Mayın 1-dən həmin xüsusi hərəkət zolaqlarına nəqliyyat vasitələrinin daxil olması qadağan ediləcək. Bu qadağa mayın 25-nədək qüvvədə olacaq".
K.Əliyev bildirib ki, hələlik bu zolaqlarla nəqliyyat vasitələri hərəkət edir: "Hələ ki, həmin zolaqlara yük maşınlarının girişinin qadağan edilməsi nişanı vurulub. Amma sürücülər bilməlidirlər ki, mayın 1-dən həmin zolaqlara giriş qadağandır".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














