DYP-dən daha bir "saxta alkotester" münasibəti

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov "report"a bildirib ki, saxta alkotesterlə bağlı olduğu iddia edilən videogörüntülərdə yol polisi heç bir qanun pozuntusuna yol vermir: "Həmin görüntülərdə sürücü sadəcə olaraq alkotesterin qanuni olub-olmadığını soruşur. Yol polisi isə sürücünün bütün suallarını təlimata uyğun şəkildə cavablandırır. Daha sonra həmin sürücü yol polisinin qanuni tələblərinə əməl edərək alkotester müayinəsindən keçir. Mən həmin videoya bir neçə dəfə baxmışam, orada qanun pozuntusuna və ya saxta alkotester məsələsinə rast gəlməmişəm".
Bömə rəisi əlavə edib ki, bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlar əsassız yayılmış informasiyadır: "Azərbaycanda yol polisi ən müasir texnika və avadanlıqlarla təchiz olunubsa, necə ola bilər ki, Çin istehsalı olan saxta alkotesterlərdən istifadə olunsun? Saxta alkotester ola bilməz. Belə faktlar varsa bizə məlumat verin. Burada heç bir saxta texniki avadanlıqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ola bilsin ki, bu, yol polisinin əldə etdiyi nailiyyətləri cəmiyyətə başqa formada çatdırmaq istəyənlərin işidir. Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar".
V.Əsədov vurğulayıb ki, əgər sürücü alkotester müayinəsinin nəticəsindən narazıdırsa, o təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır: "Mən bütün sürücülərin diqqətinə çatdırıram ki, Yol-Patrul Xidməti Haqqında Təlimata uyğun olaraq alkotester yol polisi tərəfindən sürücünün sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.
Müayinənin nəticəsi yol polisi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.
Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır".
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










