DYP-dən həftəsonu səfərə çıxan sürücülərə MÜRACİƏT - VİDEO

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi-nin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu paytaxt və bölgələrarası yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, həftəsonları səfərlərin sayının çoxalması xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaradır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bildirilib ki, hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd edib ki, bəzi hallarda sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, texniki nasazlıq, tələskənlik və diqqətsizlik ağır qəzalarla nəticələnir.
Qurum sürücülərə səfərə çıxmazdan əvvəl avtomobillərin texniki sazlığını yoxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edib. Eyni zamanda sürət həddinə, ötmə və manevr qaydalarına ciddi riayət olunması, yağmurlu hava şəraitinin və yoldakı real vəziyyətin nəzərə alınması vacib hesab olunub.
Sürücülərə uzaq məsafələrə fasilələrlə hərəkət etmək, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək çağırışı da edilib.
“Yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır”, – deyə müraciətdə vurğulanıb.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












