DYP-dən qadın sürücünün maşınla birgə evakuasiya edilməsinə münasibət - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 22-dən 23-nə keçən gecə Bakıda qadın sürücü polisin “saxla!” əmrinə tabe olmadığı üçün saxlanılıb. Sürücü maşının qapılarını bağlayaraq tabesizlik göstərdiyi üçün yol polisi onu avtomobillə birlikdə evakuasiya edərək cərimə meydançasına aparıb. Yol polisinin qadın sürücünü maşınla birgə cərimə meydançasına təxliyyə etməsi geniş müzakirələrə səbəb olub. Ekspertlər yol polisinin qadın sürücüyə qarşı tətbiq etdiyi prosesin doğru olmadığı qənaətindədirlər. Ekspert Azər Allahverənov qadın sürücünün evakuasiya xidməti zamanı xəsarət alma ehtimalını da ortaya qoyaraq bu cür təxliyyəni məqsədəuyğun hesab etmir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə məsələ ilə bağlı açıqlamasında qadın sürücünün maşınla birgə təxliyyə edilməməsi üçün yol polisi əməkdaşlarının kifayət qədər səy göstərdiklərini vurğulayıb. Şöbə rəisi qanunda içərisində sərnişin olduğu halda avtomobilin təxliyyə edilməsinə qadağa qoyan hansısa maddənin və ya göstərişin olmadığını da deyib.
Qeyd edək ki, avtomobilin ödənilməmiş cəriməsi də olduğundan polis əməkdaşları əmrə tabe olmayan qadın sürücünü süni tıxacla saxlayıblar. Ancaq sürücü maşından düşməməkdə israr etdikdə yol polisi qadını maşını ilə birgə təxliyyə etməyi qərara alıb. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, avtomobildən düşmədiyindən maşın sürücü ilə birlikdə evakuatora mindirilərək cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Ancaq yol polisinin verdiyi məlumata görə bir neçə saatdan sonra maşından düşüb və yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












