DYP-dən Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, həmin gün paytaxtda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınması ilə əlaqədar bu ərazilərə nəzarət gücləndiriləcək: "Hələlik, yolların bağlanması barədə qərar qəbul olunmayıb. Amma yol polisi bu ərazilərdə nəzarəti gücləndirəcək. Sürücülərdən xahiş edirik ki, bayram namazına gələrkən müəyyən edilməmiş yerlərdə avtomobilləri park etməsinlər. Bu həm küçələrdə sıxlıq, həm də yol qəzalarına səbəb ola bilər".
V.Əsədov bildirib ki, həmin gün qurbanlıq heyvanlar satılan ərazilərə də yol polisi nəzarəti gücləndirəcək: "Bir daha sürücülərdən xahiş edirik ki, qurbanlıq heyvanların satış mərkəzləri yaradılan ərazilərdə yolların kənarlarında ikinci cərgələrdə avtomobilləri saxlamasınlar. Bu inzibati xəta ilə yanaşı, həm də digər avtomobillər üçün təhlükə yaradır".
"Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və bütün əməkdaşları müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını, bütün hərəkət iştırakçılarını təbrik edir, yol qəzalarına qurban getməmək üçün qaydalara əməl etməyə çağırır" - deyə, V.Əsədov bildirib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












