DYP-dən şagirdlər üçün təşkil edilən səfərlərlə bağlı MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi şagirdlərin ekskursiyalarını və ya digər səfərlərini təşkil edən şəxslərə müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, qurum belə səfərlərlə bağlı tövsiyələrini açıqlayıb. "Yay mövsümünün başlaması ilə əlaqədar məktəblilərin ekskursiyalara aparılması, yaxud sadəcə əyləncə məqsədi ilə istirahət zonalarına səfərlərin təşkil edilməsi hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Lakin təəssüf ki, belə səfərlərin təşkilində yol hərəkətinin təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə əməl edilmir. Müntəzəm sərnişin daşımalarından fərqli olaraq, qeyri-müntəzəm daşımalarda gedişatlar şifahi sövdəşmələr əsasında həyata keçirilir ki, bu zaman avtobusun texniki sazlığı, sürücülərin nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, eləcə də onların peşəkarlıq və sağlamlıq vəziyyəti nəzərə alınmır. Hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməyən istirahət zonalarında sifarişçinin istəyinə görə avtobusların dağlıq relyefli ərazilərdə, ensiz yollarda, sərt eniş və yoxuşlarda, eləcə də yolsuzluq şəraitində idarə edilməsi isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır. Daxili İşlər Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, bu sahədə görülən işlərin effektivliyinin artırılması məqsədilə zəruri addımlar atıb. Belə ki, daxili işlər orqanlarına şagirdlərin istirahət mərkəzlərinə aparılması ilə bağlı təhsil şöbələrindən müraciətlər daxil olduqda bu məqsədlə seçilən avtobusların texniki vəziyyətinin sazlığına, sərnişin tutumuna, onların sürücülərinin həmin nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olub-olmamasına və digər xüsusatlara diqqət edilməsi, eləcə də zərurət yarandıqda onların dövlət yol polisi əməkdaşları tərəfindən patrul avtomobilləri ilə ödənişsiz olaraq müşayiətinin həyata keçirilməsi nəzərdə tutulub", - DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










