DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır. Bu səbəbdən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə ərazisində nəzarət və profilaktik tədbirlər davam etdirilir.
BDYPİ qeyd edir ki, təhlükəsizliyin təmin edilməsində təkcə nəzarət tədbirləri deyil, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı da mühüm rol oynayır.
Qurum sürücülərə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, müəyyən edilmiş sürət həddinə ciddi əməl etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edib.
BDYPİ bir daha vurğulayıb ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












