DYP-dən tanınmış futbolçuya SƏRT CAVAB

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol polislərinin tanınmış futbolçu Rəşad Sadiqovdan rüşvət alınması ilə bağlı məlumata münasibət bildirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, tanınmış futbolçumuzun araşdırma aparmadan DYP əməkdaşlarına qarşı sözügedən ittihamı təəssüf hissi doğurur.
“Hörmətli futbolçumuzun bu hərəkəti yol polisinin fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirilir. DYP tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Rəşad Sadiqovun idarə etdiyi “Mesareti” markalı 10 SS 606 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Daha sonra həqiqətən də avtomobildə səs gücünün artırılması müşahidə edilib və öz iştirakı ilə xüsusi cihaz vasitəsilə yoxlanılıb. Məlum olub ki, həqiqətən də avtomobildə normadan artıq səs var. Bu isə qanunvericiliklə qadağandır və insanların narahatlığına səbəb olur. Müvafiq qaydada onun iştirakı ilə Rəşad Sadiqova "KYP 647967" saylı protokol tərtib edilib. Protokol əsasında ona 500 manat məbləğində cərimə olunduğu bildirilib. Həmçinin onun avtomobili cərimə meydançasına aparılıb. Təəssüf ki, hörmətli futbolçumuz bu cəriməni yol polisi tərəfindən istənilən rüşvət kimi qiymətləndirib. Lakin futbolçunun telefon nömrəsinə onun törətdiyi inzibati xəta ilə bağlı "SMS" və cərimə məbləği təqdim edilib. ”
Vaqif Əsədov bildirib ki, KİV vasitəsilə verilən məlumatlar Rəşad Sadiqovun ona tətbiq edilmiş cərimədən yayınmaq istəməsi cəhdidir. “Məşhur adamların hərəkətləri cəmiyyət tərəfindən izlənilir və onları sevənlər də eyniylə onlar kimi olmaq istəyirlər. Hörmətli futbolçumuz öz vurduğu qollarla necə azarkeşləri sevindirirsə, yol hərəkəti qaydalarına riayət etməklə də onlara nümunə olmalıdır. Lakin bir daha qeyd edirəm ki, belə informasiyanın yayılması təəssüf hissi doğurur.”
V. Əsədov bildirib ki, videogörüntülər və audosəslər sübut edir ki, futbolçunun avtomobilinin törətdiyi inzibati xəta tam sübuta yetirilib və onun avtomobili həqiqətən də hərəkətdən kənarlaşdırılıb. Eyni zamanda ona 500 manat məbləğində cərimə tətbiq edilməsi də qanunvericiliyə tam uyğundur.
Bölmə rəisi futbolçunun tətbiq edilən cərimədən yayınmaq üçün bu addımı atdığı bildirib: “Rəşad Sadiqov tanımış futbolçudur. Əgər həqiqətən də ondan hansısa rüşvət istəyiblərlə niyə yuxarı qalxıb rəhbərliyə bu barədə məlumat verməyib? Niyə bu barədə araşdırma tələb etməyib. Bütün bunlar yalnız bunu düşünməyə əsas verir ki, o, sadəcə cəriməni ödəməkdən yayınmaq istəyir. ”
DYP rəsmisi bildirib ki, son vaxtlar bəzi tanınmış şəxslər yol polisinin fəaliyyəti ilə bağlı dəqiqləşdirilməmiş, qərəzli məlumatları paylaşaraq mənfi fikir formalaşdırır. DYP həmin şəxslərə xəbərdarlıq edir ki, belə hallara yol verdiklərinə görə, qanunla məsuliyyət daşıyacaqlar.
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur










