DYP-dən xaricdə ola-ola Bakıda radara düşən sürücü ilə bağlı açıqlama

Bu gün Avtosfer.az saytına müraciət edən Rəşad Əlizadə 4 aydır Qazaxıstanda olmasına baxmayaraq iyulun 4-də Bakıda radara düşdüyünü bildirib. O qeyd edib ki, 99 GX 207 dövlət nömrə nişanlı avtomobillə qayda pozmasını dair cərimə Daxili İşlər Nazirliyinin sistemində əks olunub. Sürücüyə 54 manat, 4 bal cərimə yazılıb. Sürücü isə bundan narazıdır və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, həmin vətəndaşın müraciəti ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, sözügedən avtomobillə bağlı 2014-cü ildə Rəşad Əlizadəyə etibarnamə verilib: «Həmin vətəndaş Şabran şəhərində qeydiyyatdadır və ona verilmiş etibarnamə 2020-ci illədək qüvvədədir. Həmin avtomobillə bağlı başqa şəxslərə də etibarnamə verilib. Lakin onlar ləğv edilib. Rəşad Əlizadəyə verilmiş etibarnamə isə qüvvədə olduğu üçün cərimə ona yazılıb».
Kamran Əliyev bildirib ki, əgər vətəndaş yazılmış cərimədən narazıdırsa və bu xətanın onun tərəfindən törədilmədiyini deyirsə bu halda Baş Dövlət Yol Polis İdarəsinə elektron müraciət etmək kifayət edər: «Biz də məsələni araşdırıb müvafiq tədbir görəcəyik və cərimə başqa şəxsin adına yönləndiriləcək. Bunun üçün əgər vətəndaş xaricdədirsə bizə elektron qaydada müraciət edə bilər».
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












