DYP əlverişsiz hava şəraitində gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO

Ölkəmizin bəzi ərazilərində müşahidə olunan əlverişsiz hava və mürəkkəb yol şəraitinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparır.
Avtosfer.az xəbər verir ki, qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü bölgələrdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, nəqliyyat axınının tənzimlənməsi və hərəkətin təhlükəsiz təşkili istiqamətində zəruri tədbirlər görülür. Xüsusilə enişli-yoxuşlu ərazilərdə, körpülərdə və intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda nəzarət daha da artırılıb.
DYP əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılır, onlara hava və yol şəraitinə uyğun sürət həddinin seçilməsi, ara məsafəsinin qorunması və nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi ilə bağlı tövsiyələr verilir. Eyni zamanda, yollarda yaranan çətinliklərlə bağlı daxil olan müraciətlərə operativ reaksiya göstərilir.
Görülən tədbirlər əlverişsiz hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsinə və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Gücləndirilmiş iş rejimi mövcud hava şəraiti sabitləşənədək davam etdiriləcək.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










