DYP əməkdaşları beynəlxalq yarışın qalibi oldular - VİDEO
Yol polisi
19 Sentyabr 2024 16:22
Oxunub 396
Sentyabr ayının 10-dan 14-dək Belarusiyanın paytaxtı Minsk şəhərində MDB dövlətlərinin yol polisi əməkdaşları arasında xidməti çoxnövçülük üzrə yarış keçirilib.
Belə ki, 10 komandanın iştirak etdiyi yarışda kişi əməkdaşlar arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 3 əməkdaşı - polis kapitanı Emil İbrahimov, polis leytenantı Nicat Əliyev və polis baş serjantı Ələsgər Baxışovdan ibarət komanda 1-ci yerə layiq görülərək “Qızıl Medal” qazanıblar.
Qeyd edək ki, yarışda 2-ci yerə Belarus, 3-cü yerə isə Rusiya komandasının əməkdaşları çıxıblar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR