DYP əməkdaşlarının iki qayda pozuntusu – "Protiv" və ksenon - VİDEO

Yanvaın 25-də Bakıda Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus 99-YP-270 qeydiyyat nişanlı YPX avtomobili Avtosfer.az saytının kamerasına tuş gəlib. Həmin patrul avtomobilində xidmət aparan və qayda pozan sürücülərə qarşı mübarizə aparan əməkdaşlar özləri eyni vaxtda bir neçə kobud qayda pozuntusuna yol veriblər. Patrul avtomobilinin sürücüsü Azadlıq prospektindən sola dönərək Mikayıl Rəfili küçəsinə daxil olub. Hansı ki, Mikayıl Rəfili küçəsinə 3.1 nişanı (Giriş qadağandır nişanı) quraşdırılıb.Videodan da aydın görünür ki, patrul avtomobilində quraşdırılan sayrışan işıq və xüsusi səs siqnalından düzgün istifadə etməyərək bu yola daxil olub. Üstəlik həmin əməkdaş "Yol hərəkəti haqqında" qanunun 73-cü maddəsinin V-l hissəsinin tələbini pozub. Yəni yolun süni işıqlandırılmış sahəsində duman faralarını qoşaraq xarici işıq cihazlarından düzgün istifadə etməyib.
Onu da qeyd edək ki,həmin patrul avtomobilin duman faralarının zavod tərəfindən quraşdırılması şübhə altındadır. Həmim duman faralarl ksenon lampalarına oxşayır. Çünki duman farası yanan zaman qarşı tərəfdən gələn sürücünün gözlərini qamaşdırır. "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin lll hissəsinin 1-ci bəndində də qeyd olunub ki,xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nəqliyyat vasitəsinin istismarına yol verilmir.
İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsində çox gözəl qeyd olunub ki, "İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz".
Ümid edirik ki, qeyd etdiyimiz xüsusatlar nəzərə alınaraq yolda bir neçə qaydanı pozmuş həmin əməkdaşlar barəsində ciddi araşdırma aparılaraq barəsində tədbir görüləcək.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












