"Formula-1 zamanı rayonlardan Bakıya giriş bağlanacaq? - DYP-dən AÇIQLAMA

Yol polisi 9 Sentyabr 2024 11:14 Oxunub 122
 "Formula-1 zamanı rayonlardan Bakıya giriş bağlanacaq? - DYP-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh