Banner

Yol polisi "Formula-1" yarışlarında bu cür fasiləsiz xidmət aparır - VİDEO

Yol polisi 25 Aprel 2023 23:41 Oxunub 1532
Yol polisi "Formula-1" yarışlarında bu cür fasiləsiz xidmət aparır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Yol Polisi Azərbaycan Qran-prisi ilə bağlı sürücü və piyadalara müraciət edib.

Avtosfer.az-a daxil olan müraciətdə deyilir:

"Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədi ilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyyələrinə riayət etmələri xahiş olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh