DYP: "Hadisələrin təkrarlanmaması üçün hər kəs məsuliyyətini dərk etməlidir"

Bakı-Sumqayıt yolunda baş vermiş hadisənin təkrarlanmaması üçün hər kəs məsuliyyətini dərk etməlidir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. "Oradan bir qrup tələbə yığışıb gizli Bakıya gəlirlər, heç Bakı Beynəlxalq Avtovağzalına da daxil olmurlar, gizli şəkildə Bakıya çatırlar. Bu qarşılıqlı razılaşma yolu ilə aparılmalıdır. Belə ki, sürücü gizli şəkildə yaşayış evlərinin arasında durur telefon ilə zəng edir, 20 nəfər hazırlayırlar. Toplandıqları yeri öyrənirlər və tez partizan kimi çıxıb, onları təxminən 3-5 saniyə ərzində yığıb, hərəkətə başlayır. Biz artıq bunu müşahidə etmişik. Tələbə gizli razılaşma yolu ilə qeyri-qanuni fəaliyyət göstərən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsində oturur. Burada hərtərəfli düşünmək lazımdır. Bu, təkcə yol polisinin işi deyil, biz gündəlik nəzarət tədbirlərini həyata keçiririk. Bu xidmətin müsbət nəticələrinin olması ilə bağlı təbliğat aparılmalıdır. Digər qurumlar da bu işə cəlb olunmalıdırlar", - deyə V. Əsədov qeyd edib. V.Əsədovun hesab edir ki, həmin ərazi bir də dərindən öyrənilməlidir: "Orada bu gün də iş aparılır. Bunların hər biri həyata keçirilir və birdən-birə bunları etmək də mümkün olmur".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












