DYP hava şəraiti ilə bağlı sürücülərə xəbardarlıq etdi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) yol hərəkəti qaydasını pozan sürücülərə xəbardarlıq edib. İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov "Report"a bildirib ki, istənilən hava şəriatində sürücülər yolun asfalt qatının üzərindəki xəttin, o cümlədən yol kənarındakı nişanların tələblərini yerinə yetirməyə borcludur. V.Əsədov qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən bilərkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydasının pozulması inzibati xəta sayılır və buna yol verənlər qanunla müəyyənləşdirilmiş formada cəzalandırılırlar: "Əgər yağmurlu hava şəraitində sürücü yol nişanını görmürsə bu o demək deyil ki, o məsuliyyətdən azad olunur. Sürücü hərəkət etdiyi yolda nişanı və yaxud asfalt qatı üzərindəki xətti görmürsə onda ikinci dərəcəli zolaqla hərəkət edib üstünlüyü digər nəqliyyat vasitələrinə verməlidir".
Onun sözlərinə görə, yağmurlu, ciskinli hava şəraitində ən aşağı sürət həddi seçilməlidir. "Yol və meteoroloji şərait nəzərə alınaraq əyləc məsafəsi sürət həddi ilə ölçülməlidir".
Bölmə rəisi əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində dövlət qeydiyyat nişanlarını təmiz saxlamalıdır: "Belə olmadığı təqdirdə sürücü inzibati məsuliyyət daşıyır".
Qeyd edək ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5990 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Oktyabrın 20-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 41-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 3 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2630 sürücüyə elektron protokol (MMX) tərtib edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













