DYP: "Həmin avtomobillər texniki baxışa gəlsə, icazə verilməyəcək"

Azərbaycanda elə nasaz avtomobillər var ki, texniki baxışa gəlməkdən yayınırlar. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, həmin avtomobillər istismara yararsızdır: "O avtomobillər daha çox ətraf kəndlərdə, ucqar yerlərdə yaşayanlara məxsusdur. Deyirlər ki, "yola çıxmıram, kəndin içində sürürəm, texniki baxışdan keçməsəm də olar". Belə avtomobillərdən kifayət qədər var. O avomobillərin sahibləri bilirlər ki, texniki baxışa gəlsələr, həmin avtomobillərin texniki baxışdan keçməsi mümkün olmayacaq, ümummiyyətlə istismarına icazə verilməyəcək. Ona görə də o avtomobillərin sahibləri həmin nəqiyyat vasitələrini texniki baxışdan yayındırırlar".
K.Əliyev qeyd edib ki, elə avtomobillər istismardan çıxarılmalıdır: "Onların eləsi var ki, görkəmindən saz avtomobilə oxşayır, mexaniki hissələrində də ciddi problem yoxdur. Amma həmin avtomobillərin metal hissəi daxildən o qədər korruziyaya uğrayıb ki, heç bir zərbəyə davamlı deyil. Addi bir toqquşma ilə baş verən qəzada da görürsən ki, o avtomobildə qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. Yəni, təzə maşında heç xəsarətlə də nəticələnməyən bir qəzadırsa, elə avtomobillərdə eyni formada qəza insan ölümünə gətirib çıxarır. Elə avtomobillərin istismardan çıxarılması daha məqsədə uyğundur. Bu isə həmin nəqliyyat vasitələrinin sahiblərinə güzəştli yeni avtomobillərin satılması və digər formalarda həyata keçirilə bilər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












