DYP məlumat bazasının satılması xəbərini təkzib etdi

Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) sürücülər haqqında məlumat bazasını sığorta şirkətlərinə satması barədə informasiya yayılıb. Məlumatda bildirilir ki, informasiya bazasında yüksək rütbəli məmurlar, eyni zamanda bütün sürücülər barəsində məlumatlar yer alıb. Bu məlumatlardan istifadə edən sığorta şirkətləri isə sürücüləri narahat edir, onlara tez-tez zəng edərək öz xidmətlərini təklif edirlər. Lakin BDYPİ məsələ ilə bağlı açıqlama yayaraq ittihamları təkzib edib. Avtosfser.az idarənin açıqlamasını olduğu kimi təqdim edir:
“Bəzi internet xəbər saytlarında yerləşdirilən “BDYPİ ölkənin məlumat bazasını satdı” adlı məqaləyə münasibət bildirərək qeyd etmək istəyirik ki, vətəndaşların nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən heç bir təşkilata (bunu almağa səlahiyyəti olan orqanlardan başqa) məlumat verilməyib.
Hal hazırda Daxili İşlər Nazirliyinin müvafiq xidməti tərəfindən bu məsələ araşdırılır".
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












