DYP məsələni həll etdi - Jurnalistə dəyən ziyan ödənildi

Məlum olduğu kimi, 12.01.2018-ci il tarixdə səhər saat 10-11 radələrində işə gedərkən, Bakı-Quba yolunun “Ekologiya postu”na yaxın ərazisində “Oka” markalı avtomobil qəza törədərək , mənim və başqa bir vətəndaşın idarə etdiyi avtomobillərə ziyan vurub. Hadisə aşağı sürətlə hərəkət etdiyimiz tıxac şəraitində, zərər dəymiş avtomobilin sahibi kimi mənim heç bir günahım olmadan törədildiyi səbəbindən həmin vaxt çox əsəbiydim. Üstəlik də qəzanı törədən “Oka”nın icbari sığortasının olmaması mənə dəyən ziyanın ödənilib-ödənilməyəcəyini də sual altına qoyurdu. Ümumiyyətlə, şəxsi problemlərimi ictimailəşdirməyi xoşlayan adam deyiləm. Düşdüyüm vəziyyət məni şəxsi Feysbuk profilimdə baş verənlərlə bağlı status yazmağa vadar etdi. Mənim başlıca narazılığım müəyyən imtiyazlardan istifadə edən bəzi vətəndaşlarımızın qanunlara riayət etməməsi və bunun da nəticəsində başqalarına ziyan vurması və vurduqları zərərdən boyun qaçırmaq cəhdlərilə bağlı idi. Yazdığım status ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən ictimailəşdirildiyi üçün, törədilmiş qəzanın sonrakı aqibəti ilə bağlı mənə çoxlu sayda suallar ünvanlanlanır. Bu səbəbdən də, real vəziyyətə aydınlıq gətirmək istəyirəm. Qəzadan sonra, hadisəni araşdıran “Ekologiya postu”nun rəisi , DYP polkovnik-leytenantı Fuad Mayılov məni şəxsən qəbul etdi. Hadisənin araşdırılması ilə bağlı mənə məlumat verdi ki, qəzanı törədən sürücüyə hüquq və vəzifələri izah edilib, “Oka” markalı avtomobil cərimə meydançasına salınıb, avtomobilin oradan çıxarılması yalnız əsl sahibinin iştirakı ilə mümkün olacaq. Mən də Fuad müəllimin nəzərinə çatdırdım ki, avtomobilimə dəyən ziyan qəzanı törədən vətəndaş tərəfindən ödənilib, onlara qarşı heç bir şikayətim yoxdur. Mən bu məsələ ilə bağlı verdikləri operativ reaksiyaya görə, DYP rəhbərliyinə və “Ekologiya postu”nun komandiri Fuad Mayılova xüsusi təşəkkürümü bildirirəm.
Məhəmmədəli Qəribli,
Azinforum.az saytının rəhbəri
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












