Banner

DYP-nin 3-cü tağımının əməkdaşları təhlükəsiz hərəkət üçün tədbirlər görür - VİDEO

Xəbərlər 2 Mart 2025 03:35 Oxunub 1130
DYP-nin 3-cü tağımının əməkdaşları təhlükəsiz hərəkət üçün tədbirlər görür -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 3-cü tağımının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətə davam edirlər.
Avtosfer.az xəbər verir ki, hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh