DYP-nin rəis müavini avtobuslarda kamera quraşdırılmasından danışdı - FOTO

"Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarında müşahidə kameralarının olması qəzaların, qayda pozuntularının və oğurluq hadisələrinin üstünün açılmasına kömək edir". Avtosfer.az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov bu gün "Xaliq Faiqoğlu" MMC-nin təmir mərkəzində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu şirkətin bütün avtobuslarında müşahidə kameralarının olması başqalarına da nümunə olmalıdır: "Dünyanın əksər dövlətlərində bu təcrübə var. Biz də "Xaliq Faiqoğlu" şirkətinin avtobuslarında kameraların olmasını alqışlayırıq və inanırıq və başqa şirkətlər də tezliklə bu sistemi quracaqlar".
Rəis müavini bildirib ki, avtobuslarda kameraların olması polisin işinə dəstək verir. Üstəlik, sahibkarlar üçün də faydalıdır: "Sahibkar kamera vasitəsilə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsinə, sərnişinlərlə münasibətinə, ümumiyyətlə, avtobusda baş verənlərə tam nəzarət edə bilir. Yol polisi isə həmin kameraların köməyi ilə hansısa qayda pozuntusunun, qəzanın tam və daha dəqiq araşdırılmasına çalışır. Ümumilikdə isə avtobuslarda baş verən oğurluq və digər neqativ hallara qarşı mübarizədə bu kameraların köməyi əvəzsizdir".
Fərhad Eyyubov avtobus sürücülərini nizam-intizamlı olmağa çağırıb: "Yol polisi avtobuslarla bağlı çox ciddi tədbirlər görür. Çox istəyirik ki, bütün sürücülər "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etsinlər, qaydalara uyğun şərəkət etsinlər. Əks halda, heç kimə güzəşt olunmayacaq və cərimə ediləcək".
Rəis müavini sonda bildirib ki, avtobus şirkətlərinin öz işini qaydaya salması, müasir texnika və texnologiyyalardan istifadə etməsi yol polisi tərəfindən alqışlanır və bütün bu işlər sərnişinlərə keyfiyyətlə xidmət göstərməyə hesablanmış addımlardır: "Ən müasir avadanlıqlarla təchiz olunan avtobuslarda qurulan standartlar ona imkan verir ki, ictimai qayda və təhlükəsizlik effektiv təmin olunsun. Bu standartlar təkcə sərnişin təhlükəsizliyi yox, eyni zamanda şəhər nəqliyyatında yarana biləcək xoşagəlməz halların aradan qalxmasında, yaxud araşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Bizim əsas tövsiyyəmiz ondan ibarətdir ki, paytaxtda sərnişindaşıma qanunvericiliyə uyğun təşkil olunsun, hərəkət iştirakçılarının təhlükəsizliyi etibarlı qorunsun".
Elməddin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO




















