DYP-nin reydində gülməli anlar – İçmişəm, içməmişəm, 10 minim var - VİDEO

Sosial şəbəkələrdə yayılan bu görüntülərdə maraqlı məqamlar var. Əvvəlcə yol polisinə «içmişəm, sonra «içməmişəm» deyən, sənədsiz maşın sürən, kateqoriyası olmadan sərnişin daşıyan, sükan arxasında sərxoş əyləşən, maşınına mal-heyvan səsi çıxaran siqnal quraşdıran sürücülər bu videoda əksini tapıb. Avtosfer.az bildiririr ki, Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi bu reyd Tovuz rayonunu əhatə edir. Burada inspektorların sürücülərlə davranışı, texniki vasitələrlə təminatı maraq doğurub. Belə ki, avtomobilin şüşələrinin tündləşdirilməsini ölçmək üçün xüsusi cihazı tətbiq edən inspektor sürücünün hay-küyünə son qoyub və sübut edib ki, o, həqiqətən də qayda pozub.
Daha sonra sərxoş halda tutulan sürücünün yol polislərini şərləməyə cəhd göstərməsi maraq doğurur. O, «maşınımda 10 min manat var» deyərək, aradan çıxmağa çalışsa da, istəyinə nail ola bilmir.
Kiçik nöqsanları çıxmaqla reyd zamanı polis əməkdaşlarının davranışı və pozulan qayda pozuntuları üzrə sürücülərə ətraflı məlumat verməsi, sərnişinləri də məlumatlandırması alqışa layiqdir. Sərnişin daşımaq üçün sürücülük hüququ olmayan sürücünün, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən şəxsin, polisə tabe olmayıb qaçanların əks olunduğu bu videoda çox maraqlı məqamlar əksini tapdığı üçün oxucularla paylaşmaq qərarına gəldik. Videonun nə vaxt çəkildiyi bilinməsə də, sosial şəbəkələrdə iyul ayında yayılıb.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












