DYP-nin tağım komandirləri kənd və qəsəbələrə üz tutdu – General göstəriş verib - VİDEO
Baş Dövlət Yol polis İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə YPX alayının əməkdaşları yenidən əhali ilə görüşlərə başlayıb. Avtosfer.az xəbər verir ki, mütamadi görüşlər maarifləndirici xarakter daşıyır və insanlar arasında yol-hərəkəti təhlükəsizliyi işinin gücləndirilməsinə yönəlib. Tədbirlər planı çərşivəsində Baş Dövlət Yol polisi İdarəsini YPX Alayının 10-cu tağımının komandiri, polis-moyoru Qulu Quluyev Salyan rayonu ərazisində dörd kəndin sakinləri ilə ayrı-ayrılıqda görüşüb. Görüşlərdə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, bələdiyyə və digər qurumların nümayəndələrini də iştirak ediblər.
Görüşlərin keçirilməsində əsas məqsəd magistral yolların kənarlarında yaşayan sakinləri yol-hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək, mövcud problemləri onların dilindən dinləyib aradan qaldırmaqdır.
Tağım komandiri Qulu Quliyev əsas problemin kəndlərin ərazilərindən keçən yollarda piyadaların qaydaları pozması olduğunu bildirib. O, əlavə edib ki, ötən il 10-cu tağımın ərazisində 14 nəfər yol-nəqliyyat hadisəsində ölüb, 2 nəfər xəsarət alıb. Bunların 3-ü piyadaların vurulması olub.
Q.Quliyev bildirib ki, insanlar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət yetirməli, yol kənarı ilə hərəkət edərkən nəqliyyat vasitələrinin axınına qarşı hərəkət etməli, yolu keçərkən piyada keçidlərindən istifadıə etməlidirlər.
Komandir mal-qara ötürənlərin sürücülər üçün böyük təhlükə yaratdığını bildirib və qeyd edib ki, mal-qara sahibləri də bu məsələlərdə diqqətli olmalıdırlar. Tağım komandiri qeyd edib ki, bu yaxınlarda içərisi sərnişin dolu olan mikroavtobus heyvanı vurub. Sahibi hadisə yerinə gəlib və heyvanın ona məxsus olduğunu gördükdən sonra sakitcə gedib. Digər kənd sakinlərindən alınmış məlumat əsasında heyvanın sahibi aşkar edilib. O, məsuliyyətdən yayınmaq istəsə də haqqında toplanmış materiaalar məhkəməyə təqdim edilib.
DYP komandiri xüsusən də qaranlıq saatlarda mal-qara sahiblərinin heyvanlara nəzarəti gücləndirməli olduğnu diqqətə çatdırıb.
Sərxoş sürücülərlərlə bağlı danışan Qulu Quliyev bildirib ki, bəzən sərxoş halda kəndin dar küçələrində təhlükəli manevrlər edən sürücülər olur. Bir çox hallarda onlar öz həmkəndlilərini vurur və hadisə yerindən yayınırlar: “Düzdür onlar yol polisi tərəfindən aşkar edilir, amma hadisə yerini tərk edən sürücü köməksiz vəziyytdə qoyduğu şəxsi düşünməlidir. Onsuz da DYP əvvəl-axır onları tapacaq, amma insani keyfiyyətlərə riyaət etmək lazımdır”.
Tağım komandiri görüşlərin sonunda kənd sakinlərininin təkliflərini və iradlarını da dinləyib. Q.Quliyev bildirib ki, piyada keçidlərərinə nəzarət gücləndiriləcək. Pozulmuş yerlərdə zebralar bərpa ediləcək, yol nişanlarının çatışmadığı yerlərə yeniləri qoyulacaq. Həmçinin yol kənarında yerləşən məktəblərə şagidrlərin gəliş-gediş saatlarında təhlükəsizliyi təmin etmək məqsədilə YPX naryadları xidmət aparacaq. Q.Quliyev belə görüşlərin mütamadi keçiriləcəyini də vurğulayıb.
Elməddin