DYP polislə qadın sürücü arasında baş verən insidentə münasibət bildirib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsi Bakıda polislə qadın sürücü arasında baş verən insidentə münasibət bildirib. İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, 99 YP 497 avtomobili ilə Xətai rayon ərazisində xidmət aparan yol polisləri xidmət zamanı 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qapısının əzilməsi faktını aşkarlayıb: "Eyni zamanda, müşahidə edilən zaman həmin avtomobil sürücüsünün Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində yol verməməsini aşkarlayıb. Ona "Saxla!" işarəsi versə də, sükan arxasında olan sürücü xanım avtomobili saxlamadan hərəkətini davam etdirib. Sürücü "Saxla!" işarəsinə ikinci dəfə də məhəl qoymayıb.
Görülmüş tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin sürücü məcburən saxlanılıb. Sürücü saxlanılan zaman, ondan sənəd istənilib. Xanım sürücü sənədsiz olduğunu bildirib, eyni zamanda, çox pis söyüşlərlə yol polisini təhqir edib. O, yol polisinin sifətinə dırnaqları ilə xəsarət yetirib.
Videosüjetdə göstərildiyi kimi xanım yıxılır. Bu, o deməkdir ki, həmin qadın yol polisinə cırmaq atanda yol polisi özünü müdafiə edib. Bundan sonra videogörüntülərdə də göründüyü kimi, sürücü xanım qaçmaq üçün yenidən maşına əyləşib, qaçmağa cəhd göstərsə də, polis pəncərənin açıq olmasından istifadə edərək onu saxlamağa məcbur olub.
Ümumiyyətlə bu mənzərədən sonra sürücü xanım və yanında əyləşən kişi - ilkin məlumatlara görə, onun həyat yoldaşıdır - Xətai Rayon Məhkəməsinin qərarı əsasında hər biri 200 manat cərimə olunub. Polis isə hazırda ona yetirilən xəsarətlə əlaqədar hospitaldadır. Faktla bağlı araşdırmalar davam etdirilir".
V.Əsədov əlavə edib ki, hadisə şahidləri Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinə (PB) dəvət olunub: "Hazırda şahidlər dindirilir. Qadın sürücünün bu hərəkəti yolverilməzdir, ilk növbədə xanıma yaraşan iş deyil. İkincisi, polisə qarşı bu dərəcədə aqressiv olmaq olmaz. Biz onun səs yazısını yaymaq istədik. Amma xanıma yaraşmayan tərzdə o qədər iyrənc söyüşlər söyür ki, yaymağa normal bir material düzəldə bilmirik".
Araşdırma zamanı məlum məlum olub ki, qadın sürücünün idarə etdiyi avtomobil bank tərəfindən axtarışa verilib, Səbail rayon Məhkəməsi tərəfindən bu avtomobilin istismar olunmaması barədə qərar çıxarılıb. Bundan əlavə, avtomobilin 5 MMX-sı və sürücüyə yazılmış 1 protokol var ki, onların heç biri ödənilməyib.
Elmin
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur











