DYP Qaradağda dostunun maşını ilə "avtoş"luq edən şəxsi saxladı – Məhkəmə həbs etdi - VİDEO

Paytaxtın Qaradağ rayonunda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 77-LT-257 dövlət nömrə nişanlı “Tofaş Şahin” markalı avtomobilin sürücüsü yolda riskli manevrlər edərək “şou” göstərib. Kadrdan göründüyü kimi, o, əlverişsiz hava şəraitində əl əyləcini çəkərək döngəyə sərt daxil olub və bu zaman qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Eyni zamanda, avtomobilin konstruksiyasına müdaxilə olunduğu da paylaşılan foto və videolarda aydın şəkildə əks olunub.
Yayılan görüntülərlə bağlı Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində sürücünün Mikayılov Əzizağa Namiq oğlu olduğu müəyyən edilib. Sürücü saxlanıldıqdan sonra aparılan araşdırma zamanı onun sürücülük vəsiqəsi olmadan dostuna məxsus avtomobili idarə etdiyi aşkarlanıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əzizağa 20 gün inzibati qaydada həbs olunub və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Nərmin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev













