DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-nəqliyyat hadisələrinin səbəblərinin təhlilinə həsr olunmuş yeni maarifləndirici layihəyə start verib. Layihə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində təqdim olunan materiallarda qəzalar yalnız baş vermiş hadisə kimi deyil, onların yaranmasına səbəb olan amillər baxımından geniş şəkildə izah edilir. İlk yayımlanan materialda konkret yol-nəqliyyat hadisəsi nümunə kimi təqdim olunaraq sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər diqqətə çatdırılıb.
Bildirilib ki, layihənin əsas məqsədi qəzaların arxasında dayanan səbəbləri aydın şəkildə göstərmək və bu kimi halların təkrarlanmasının qarşısını almaqdır. Bu məqsədlə sürət həddinin aşılması, diqqətsizlik, təhlükəsizlik qaydalarına əməl olunmaması, eləcə də yol şəraitinin düzgün qiymətləndirilməməsi kimi hallar konkret nümunələr əsasında izah olunur.
Qeyd edilib ki, təşəbbüs hərəkət iştirakçıları arasında məsuliyyət hissinin artırılmasına, sürücülərin və piyadaların öz davranışlarını təhlil etməsinə və yol hərəkəti qaydalarına daha ciddi riayət olunmasına xidmət edir.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












