DYP rəisi "Galenvagen" qəzasından danışdı: "Dəhşətlidir"

Ötən gün Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, Baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan "Gelandewagen” başqa bir maşınla ötüşüb. Sözügedən maşının 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobili ilə yarışdığı bildirilir.
Baş vermiş dəhşətli qəza ilə bağlı Sfera.az-a münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) rəisi Nuşirəvan Səfərov söyləyib ki, doğrudur, 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirib və işıq dirəyinə çırpılıb. "Hadisə barədə məlumatım var. Hazırda baş vermiş qəza ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin olaraq heç bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, dəhşətli və ağır qəzadır. Sonda istintaq nə müəyyən edəcəksə, adekvat qiymət veriləcək",-deyə N.Səfərov qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












