DYP rəisi qəza törədib? - Xanım dizindən xəsarət alıb

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun törətdiyi iddia olunan qəza ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı İlham Babayevin Realliq.org-a verdiyi məlumata görə, bir neçə gün bundan öncə yaşanan hadisə ilə bağlı yayılan məlumat yanlışdır. İ.Babayev bildirib ki, qəza Gəncə Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun xidməti avtomobili ilə törədilib. Lakin avtomobili idarə edən R.Zalovun sürücüsü olub: “İşıqforun yaşıl işığı yanan zaman sürücü hərəkət edib və piyada keçidinin üstündə olan xanıma yüngülcə toxunub. Saytların yazdığı kimi, xəsarət alan xanım maşının altında qalmayıb. 1979-cu il təvəllüdlü xanım zərbə nəticəsində dizindən xəsarət alıb. R.Zalov və sürücüsü onu dərhal şəxsi avtomobili ilə xəstəxanaya çatdırıb. Xəstəxanada ilkin müayinədən sonra xanımın vəziyyəti yaxşı olduğuna görə ambulator müalicəyə buraxılıb. Hadisəni törədən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq tədbir görülüb”.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılmışdı.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












