DYP rəsmisi qəzaların başvermə səbəblərini AÇIQLADI - VİDEO

Yol polisi 24 May 2024 17:00 Oxunub 638
DYP rəsmisi qəzaların başvermə səbəblərini AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Qəzaların baş verməsinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır”.

Avtosfer.az xəbər verir ki, bunu Qlobal TV-nin efirində jurnalist Orxan Əlinin təqdimatında yayımlanan "Sözümüz sözdür" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

O, təəssüflə bildirib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bəzi sürücülər qaydalara qeyri-ciddi və laqeyd yanaşırlar: “Nəzərə alınmalıdır ki, qanunvericilikdə yazıldığı kimi, nəqliyyat vasitəsi təhlükəli mexanikadır. Nəqliyyat vasitəsi təyin olunan sürətə uyun idarə olunmalıdır. Bəzi sürücülər xüsusi texniki vasitəyə yaxınlaşarkən sürəti azaldıb, digər texniki vasitəyə qədər isə sürəti yenidən artırırlar. Qəzalar da çox vaxt, xüsusən də günün qaranlıq saatlarında iki texniki vasitənin arasında baş verir”. 

Elvin Hacıyevin fikrincə hər bir sürücü “Hansısa məsafə qət edərkən özünün və sevdiklərinin həyatını təhlükə atmağa dəyərmi?”, “Niyə nəqliyyat vasitəsini sürətli idarə etməliyik?” suallarını özlərinə verməlidir: “Sükan arxasında əyləşən sürücünün sağlamlığı onun sahib ola biləcəyi bütün maddi nemətlərdən qiymətlidir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh