DYP reyd keçirdi, 50-yə yaxın sürücü cərimələndi - FOTO

Ağdam rayon Dövlət Yol Polisi Bölməsi qayda pozan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub. Reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülər də aşkarlanıb. Hətta bəzi sürücülər polisin "saxla" əmrinə məhəl qoymayaraq yollarını dəyişməklə şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar.
Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində üç saata yaxın davam edən yoxlamalar zamanı 50-yə yaxın inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib. Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərimələniblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















