DYP reyd keçirib, 80-dən çox sürücü cərimələnib - FOTO

Yol polisi Qax rayonunda reyd keçirib. Avtosfer.az xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.
YPX inspektoru Ramin Soltanov "Report"a bildirib ki, reydin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".
YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















