Yol polisi avtobus sürücüləriylə profilaktiki söhbətlər apardı - Sabunçuda - VİDEO

Yol polisi 23 May 2024 17:21 Oxunub 378
Yol polisi avtobus sürücüləriylə profilaktiki söhbətlər apardı - Sabunçuda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yüksək sürət, interval problemi, ani diqqətsizlik qəzaların baş verməsinə gətirib çıxarır. Belə ki, bəzi avtobus sürücüləri ünvana tez çatmaq üçün sürət həddini aşaraq sərnişinlərin həyatını riskə atır. Hətta onların bir qismi bu zaman dayanacaqda dayanmadan hərəkət edir, yaxud sərnişinləri düşürən kimi avtobusu sürür. Eyni zamanda avtobusa həddindən artıq sərnişin mindirən sürücülər də kifayət qədərdir. Bu halda onlar nəqliyyat vasitəsini qapısı açıq vəziyyətdə idarə etməyə məcbur olurlar.
Təbii ki, ictimai nəqliyyat vasitəsini idarə edən sürücü sərnişinlərin məsuliyyətini daşıyır. 
Bir neçə gün əvvəl Sabunçu rayonu Zabrat qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Belə ki, qadın sərnişin avtobusun ön giriş qapısından təkərin altına düşüb və hadisə yerində dünyasını dəyişib. 
Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi  və Sabunçu rayon Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində profilaktiki tədbirlər həyata keçirib. 
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli tədbir zamanı müxtəlif sərnişin avtobuslarını idarə edən sürücülərlə maarifləndirici söhbətlər aparıb, onlara diqqətli olmalarını və qaydalara ciddi şəkildə riayət etmələrini bildirib.

Nərmin

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh