DYP sərxoş vəziyyətdə olan narkoman sürücüləri saxladı - FOTO - VİDEO

Yol polisi 9 Oktyabr 2024 09:00 Oxunub 214
DYP sərxoş vəziyyətdə olan narkoman sürücüləri saxladı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Həmçinin, Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh