DYP skuter istifadəçilərinə müraciət etdi

Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
* bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
* piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
* işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
* gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
* azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər".
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












