DYP sürücülərə və piyadalara xəbərdarlıq edib- Qar yağması ilə əlaqədar

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur. O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir: "Yəni, şinlər hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti ilə əlaqədar yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu, qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək". V.Əsədov bildirib ki, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır: "Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər". Qeyd edək ki, hazırda paytaxtın Yasamal rayonu və 3-cü kənar dairəvi yolunda qar asfalt qatının üzərini örtüb. Buna görə də sözügedən yollarda sürət həddi aşağı salınıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












