DYP Yasamalda hamının şikayət etdiyi yerdə tədbirlər keçirdi - FOTO - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Yasamal rayonu A. Şərifzadə küçəsində marifləndirmə tədbirləri həyata keçirib. Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində dayanma-durma qaydalarını pozan, ikinci cərgədə, avtobus dayanacağında maşın saxlayan sürücülərlə söhbətlər aparılıb. Onlara qanunun tələbləri izah edilib.
Bəzi kobud qayda pozan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.
Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sürücülər məsuliyyətli olmalıdır. "Əgər avtomobil dayanacağında, yolun ikinci cərgəsində maşın saxlayırlarsa bu inzibati məsuliyyət ilə yanaşı mənəvi bir məsuliyyət də yaradır. Çünki digərlərinə maneə yaratmaqla onların haqlı narazılıqlarına səbəb olurlar."
Toğrul Nəsirli sürücüləri qaydalara riayət etməyə çağırıb.
Orxan
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO


















