DYP yol polisindən şikayət edən sürücüyə CAVAB VERDİ

Yol polisi 12 Avqust 2024 16:57 Oxunub 650
DYP yol polisindən şikayət edən sürücüyə CAVAB VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Tik-Tok" sosial şəbəkəsində bir nəfər video paylaşaraq baş vermiş yol-nəqliyyat hadisəsi yerinə yol polisi əməkdaşının gec yaxınlaşdığını bildirib. Bununla da yol polisindən narazığını ifadə edib. 
 
Məsələ ilə bağlı Bakı şəhər DYPİ-nin baş inspektoru Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, avqustun 10-da  Suraxanı rayonu ərazisində avtomobillərin toqquşması barədə daxil olmuş məlumatla əlaqədar yol nəqliyyat hadisələri üzrə inspektor həmin əraziyə yaxınlaşıb.

"Orada Sadıq İmanovun idarə etdiyi "Skoda" markalı avtomobillə Asəf Qəhrəmanovun idarə etdiyi "BMC"markalı avtobusun toqquşaraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyi müəyyən edilib."

Yol polisi hadisə yerinə çatanda təcili tibbi yardım maşınında S.İmanova ilkin tibbi yardım göstərildiyi üçün xəsarət alıb-almadığını soruşmuş, sonuncu özünü pis hiss etdiyi üçün təcili tibbi yardım çağırdığını, bu barədə aidiyyəti polis orqanına məlumat veriləcəyini bildirib.

Bu səbəbdən hadisə yerinə Suraxanı RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı dəvət edilmiş və  baş vermiş digər yol-nəqliyyat hadisəsini sənədləşdirmək üçün oradan uzaqlaşıb.

Həmin gün saat 19 radələrində yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsində xəsarət alan olmadığı bildirildiyindən araşdırma davam etdirilmiş, nəqliyyat vasitəsinin hərəkəti zamanı qapıları açdığına görə S.İmanov  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati xəta haqqında protokol tərtib edilib.

Vətəndaş S.İmanov şikayəti olmadığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh