Qadının pəncərədən düşüb öldüyü qəzanı törədən sürücü DANIŞDI - Səhvim bu oldu ki... - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, məlumatda deyilir:
“Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarına Yol hərəkəti qaydalara ciddi əməl etmələri, yollarda təyin edilən sürət həddini aşmamaları, təhlükəli manevr hərəkətləri etməməyi və avtomobildə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq bəzi sürücülər hələ də, kobud qayda pozuntuları törədərək ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Bir daha bütün sürücüləri yollarda sürət həddinə riayət etməyə və təhlükəli manevrlər etməməyə çağırırıq. Unutmayaq ki, ağır yol nəqliyyat hadisələrinə səbəb olmağınız hüquqi məsuliyyətlə yanaşı bir ömür vicdan əzabı çəkməyinizə və peşmançılıq hissi yaşamağınıza səbəb olur. Belə peşmançılıqlar olmasın deyə vaxtında qaydalara əməl etmək vacibdir.
Təəssüf ki, dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan sürücünün törətdiyi qəzada bir nəfər həlak olub.
Həmin qəzanı törədən "KİA"markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib :
"İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir demək olar heç kim. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim"
Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heç nə olmazdı deyə vurğulayıb.
Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var”.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











