“E-polis” vətəndaşlara bildiriş göndərir - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə “E-polis” mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Yeni tətbiq edilən “push” bildirişləri sayəsində “E-polis” istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar ediləcəklər.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu bildirişlər şəxsiyyət və sürücülük vəsiqələri, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.
Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. Bu isə hər kəsə sənədləri vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq imkanı yaradır.
Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir. ““E-polis” tətbiqinin daima yenilənən funksiyaları və rəqəmsallaşan üsdünlüklərindən faydalanmağa tələsin”, - deyə məlumatda vurğulanıb.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO













