«Ekologiya postu»nda sürücülərə cərimə də olur, xəbərdarlıq da - FOTO

Avqust ayı ərzində keçirilən «Təmiz hava» aylığı çərçivəsində təkcə Bakı-Sumqayıt yolunda yerləşən «Ekologiya postu»nda 673 sürücü barəsində inzibati protokol tərtib edilib. Avtosfer.az-ın məlumatına görə, bundan əlavə, 100-dən artıq sürücüyə xəbərdarlıq olunub.
Ekololi nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılovun verdiyi məlumata görə, tərtib olunan protokollar ekologiyaya daha çox ziyan vuran sürücülərə yazılıb. Onların arasında normadan 2-3 dəfə artıq zəhərli qaz ixrac edən avtomobillər də olub. Bu cür nəqliyyat vasitəsi ətraf mühiti çirkləndirir. Belə sürücülərin bir neçəsi normalardan xəbərsiz olduqlarını deyiblər. Lakin inspektorlar onlara normativ tələbləri izah edərək tövsiyyələr veriblər. Bundan sonra bir neçə sürücü avtomobilini təmir etdirərək yenidən könüllü şəkildə posta gələrək nəqliyyat vasitəsini müayinə etdirib və müsbət nəticə oraya çıxıb.
Fuad Mayılovun sözlərinə görə, sürücülər arasında avtomobili tez-tez yoxlamaya gətirənlər də var: "Belə nümunəvi sürücülər də var. Bizim də işimiz təhlükəsizliyi təmin etməklə yanaşı, sürücülər arasında maarifləndirmə işi aparmaqdır. Düzdür, bəzi sürücülər yazılan protokolla razılaşmırlar. Amma biz vəziyyəti izah edib təbliğat işi aparandan sonra başa düşürlər ki, avtomobildən ixrac olunan zəhərli qazların miqdarının normaya uyğunlaşdırılması vacib məsələdir".
Qeyd edək ki, "Ekologiya postu" təkcə avqust ayında yox, hər gün bu məsələyə diqqət yetirir. Avqust ayında keçirilən "Təmiz hava" aylığı isə Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə planı üzrə baş tutur.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















