"Ekologiya postu"nun əməkdaşları qayda pozan piyadaları saxladı... - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən “Piyadalar, diqqətli olun!” şərti adlı təhlükəsizlik həftəliyi çərçivəsində avtomagistral yollarda piyada təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, məlumata görə, həftəlik çərçivəsində avtomagistral yolları qanunvericilikdə nəzərdə tutulmayan yerlərdən keçən piyadalara qarşı profilaktik tədbirlər görülüb. Baş İdarənin Yol Patrul Xidməti Alayının və Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən çoxzolaqlı yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atan piyadalarla maarifləndirici söhbətlər aparılıb.
Görüşlər zamanı piyadalara yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi izah olunub, təhlükəsizliyin təmin edilməsində şəxsi məsuliyyət hissinin mühüm əhəmiyyət daşıdığı onların diqqətinə çatdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları yalnız nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












