Ekologiyaya ziyan vuran 160 sürücü cərimələndi - FOTOLAR

“Təmiz hava” aylığı çərçivəsində Bakı-Sumqayıt yolunda yerləşən “Ekologiya postu”nda reydlər davam edir. Bugünkü reyd zamanı 100-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə zəhərli qazların miqdarı yoxlanılıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib. Onlardan biri avtobusdur. Ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər “Ekologiya postu”nda 160 avtomobilə protokol tərtib edilib.
Reyd zamanı saxlanılan avtomobillər arasında nöqsan aşkarlanan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı olan "VAZ", "QAZ", "UAZ", "Qazel", "İkarus", eləcə də "Tofaş" olub. Bundan əlavə, müxtəlif ölkələrdən gətirilən və ili köhnə olan avtomobillər arasında da zəhərli qazların miqdarı çox olanlar var idi.
Reyddə bəzi sürücülərə yol polisi əməkdaşları xırda nöqsanların aradan qaldırılması yollarını izah edib, ekoloji problemlərin həllində hər bir vətəndaşın səy göstərməsinin və qanunun tələbinin yerinə yetirilməsinin önəmi qeyd olunub. Reyd zamanı hətta "Hummer" markalı avtomobil də saxlanılaraq yoxlanılıb. Həmin avtomobilin göstəriciləri normaya uyğun olub.
Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir. Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO


























