Əlamətdar günə əlamətdar mükafat - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə kimi dəyərləndirilib. Müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, hazırda bu strategiya möhtərəm dövlət rəhbərimiz tərəfindən uğurla davam etdirilir. Bu səbəbdən də, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.
Daha sonra ölkə idmanının inkişafında əldə etdikləri yüksək nəticələrə görə bəzi idman mütəxəssislərinə fəxri adlar verilib. Bu sırada DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənova “Əməkdar məşqçi”, İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyevə isə “Bədən tərbiyəsi və idman işçisi” fəxri adları verilib.
Qeyd edək ki, E.Həsənovun yetirmələri ölkəmizin karate üzrə milli komandasının heyətində dünya və Avropa çempionatlarında uğurla çıxış edib, dəfələrlə yüksək nəticələr qazanıblar.
H.Hacıyevin yetirmələri ardıcıl olaraq 11 dəfə kiqboksinq üzrə ölkə çempionatının kubokuna sahib olub, dünya və Avropa çempionatlarında, peşəkar turnirlərdə dəfələrlə yüksək mükafatlara sahib olublar.
İlham Babayev,
DİN Mətbuat Xidmətinin şöbə rəisi
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













