Əli qandallı qadın polislərin əhatəsində olan maşını qaçırdı - VİDEO

ABŞ-ın Texas ştatında əlləri qandalda olan qadın polislərin əhatəsində ikən asayiş keşikçilərinin maşınını qaçırıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, insident avqustun 2-də baş verib və kameralar vasitəsi ilə müxtəlif rakurslardan lentə alınıb. Məlumata görə, polis şübhəli qadını saxlayaraq avtomobilə əyləşdirib və maşının qapısını bağlayıb. Kadrlardan görünür ki, qız əli qandalda polislərin əhatəsində olan maşının içərisində oturub. Lakin cani macal tapan kimi qandalları necəsə açır və sükan arxasına keçir. Ardınca baş verənlər polis kameraları və maşında olan videoregistrator vasitəsi ilə qeydə alınıb.
Qadın maşını saatda 160 km sürətlə sürür. Hansısa məqamda o idarəetməni itirir və yol kənarına çıxır. Burada qadın onu təqib edən polislər tərəfindən yaxalanır.
Saxlanılan şəxsin sonrakı aqibəti məlum deyil.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












