Elşad Hacıyev: "Bu gün rəqəmsal mühitdə olan təhlükə küçədə yoxdur"

"Bu gün rəqəmsal mühitdə olan təhlükə küçədə yoxdur".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə çıxışında bildirib.
Onun sözlərinə görə, valideyn övladını rəqəmsal mühitin təsirindən qorumaq istiqamətində öz məsuliyyətini bilməlidir:
"Əgər valideyn övladının əlindən tutub yolu təhlükəsiz keçməsinə çalışırsa, rəqəmsal mühitdəki təsirlərdən qorumaq üçün də öz məsuliyyətini dərk etməlidir".
O bildirib ki, DİN-ə daxil olan əksər müraciətləri araşdıranda görülür ki, baş verənlərin əksəriyyəti rəqəmsal mühitdə cərəyan edir:
"Rəqəmsal mühitdə saxta şəxsiyyətlər, səhifələr formalaşdırılır. Onlar vasitəsilə cinayət əməlləri törədilir.
Nəzərə almaq lazımdır ki, bu gün uşaqların qarşılaşdığı təhlükələr yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












