Ən çox protokol yazan yol polislərinə mükafat verildi - FOTO

İyunun 2-də Bakı Şəhər BPİ Dövlət Yol Polisinin dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının “Paytaxt yollarında təhlükəsizlik” adı altında təşkil etdiyi layihəyə yekun vurulub.
Tədbiri giriş sözü ilə açan “Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev paytaxt yollarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı görülən tədbirlər barədə danışaraq vurğulayıb ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reydlərdə iştirak ediblər. Baş redaktor küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə heç bir hüquqi əsası olmadan “dayanma-durma”, “parklanma” qaydalarını pozanlara qarşı mübarizənin əhəmiyyətinə diqqət çəkib.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov çıxışında Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin inzibati ərazisində “dayanma-durma”, “parklanma” tələblərinə qarşı may ayında yol polisi tərəfindən 27500-dən artıq inzibati protokolun tərtib olunduğunu bildirib. Vurğulanıb ki, profilaktiki tədbirlər metrostansiyaları yaxınlığında, əhalinin sıx olduğu giriş-çıxış istiqamətlərində keçirilib. Bölmə rəisi əlavə edib ki, tərtib olunan protokollar sırasında əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücülər çoxluq təşkil edir. İnzibati protokolları araşdırarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə, müxtəlif vaxtlarda növbəti məsuliyyətə cəlb olunub, 96 nəfər isə eyni əmələ görə 4 dəfə inzibati xəta törədib, 170 avtobus sürücüsü qanunun tələblərini pozub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev may ayının əvvəlindən başlayaraq, bu günə qədər görülən intensiv tədbirlərin cəmiyyət həyatında vacibliyindən, “ASAN” Xidmət Mərkəzinin əməkdaşı, Sahil Məmmədli yollarda hərəkət iştirakçıları arasında nizam-intizamın davamlı olmasında vətəndaşların üzərinə düşən məsuliyyətdən, hüquqşünas Ərşad Hüseynov isə keçirilən tədbirlərin sürücü və piyadalar arasında nizam-intizamın yüksəlməsinə təsirinin əhəmiyyətindən danışıb.
Layihə çərçivəsində aparılan reydlər və maarifləndirmə işi zamanı yol polisi əməkdaşları sürücülərə qarşı olduqca təmkinli davranış nümayiş etdiriblər. Layihənin icrasında fəallıqlarına görə fərqlənən Bakı Şəhər BPİ DYPİ-nin əməkdaşları – polis serjantı Sadiq Məmmədov, polis serjantı Elvin Səfərov, polis baş serjantı Məhəmməd İmamverdiyev, Yasamal RPİ DYPŞ-nin əməkdaşı polis baş serjantı Fərid Rzayev, Səbail RPİ DYPŞ-nin əməkdaşı polis serjantı Azər Vəliyev olub.
Həmin polis əməkdaşlarına “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadİnform” İnformasiya Agentliyi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim olunub. Eyni zamanda qaliblərə “Azərsun” Holdinq Şirkətlər Qrupu, “Likon” MMC və “HED Academy” Nəqliyyatda Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏT) tərəfindən də hədiyyə paketləri paylanılıb.
Elmin
DYP yük avtomobillərinin sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR
İçki içib sükan arxasında yatdı – Polis oyadıb cərimələdi - VİDEO























