Əsgərlikdə ola-ola Bakıda "avtoşluq" edən iş adamının oğlu tutuldu - VİDEO

Ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə özünə məxsus hesablarda paylaşan sürücü barəsində müvafiq tədbir görülüb. Avtosfer.az xəbər verir ki, bu əməlləri törədənin Məlikov Əziz Soltanpaşa oğlu olduğu aşkara çıxıb. Maraqlıdır ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək social şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamaının oğludur.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.
Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hal-hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.
Fərid
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










