Formula 1-də yol polisinin yüksək peşəkarlığı göz qabağında idi - FOTO - VİDEO

Yol polisi 15 İyun 2022 17:25 Oxunub 1142
Formula 1-də yol polisinin yüksək peşəkarlığı göz qabağında idi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baklda keçirilən Formula 1 yarışları uğurla başa çatdı. Hər zaman olduğu kimi, bu dəfə də yarışlar boyunca hərəkətin təşkilində və tənzimlənməsində yol polisi müstəsna xidmətlər göstərmiş oldu. Yarışların ilk günündən bağlanan, ikitərəfli hərəkət təşkil olunan yollarda hərəkətin nizamlanmasını 24 saat fasiləsiz təmin etdilər. Şəxsən mən gecə yarısı belə onların xidmətinin təşkilinin ən yüksək səviyyədə olmasına şahidlik etmişəm. Nizamlanan və nizamlanmayan yolayrıclarında, ikitərəfli hərəkət təşkil olunan ərazilərdə bir sürücünün kiçik bir səhvi dəhşətli tıxaca səbəb ola bilərdi. O üzdən də yol polisi bəzən istirahətsiz, ağır iş rejimində işləyib sürücülər üçün normal şərait yaratmalı oldu.
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər DYP İdarəsi, rayon DYP şöbələri ciddi iş rejimində nizamlı şəkildə fəaliyyət göstərdilər. DYP rəhbərliyinin göstərişi ilə başqa rayonlardan da YPX əməkdaşları Bakıya cəlb olunmuşdu. Az qala hər küçənin başında piyada xidmət aparan yol polisi əməkdaşını görmək olardı ki, məhz onlar hərəkəti doğru-düzgün nizamlaya bilirdilər.
Hərəkətin təşkili Bakıda başqa qurumun nəzarətində olsa da, yenə də yol polisi bütün incəlikləri nəzərdən keçirib tədbirlər görməli oldu. Hətta mənim başqa qurumların fəaliyyətinə dair iradlarıma yol polisi reaksiya verdi. Hansı ki, qeyd etdiyim iradlar DYP-yə yox, BNA-ya, Azəravtoyol-a aid idi.
Yarışlar başlamazdan öncə ortaya çıxan xırda nöqsanları DYP ilə birlikdə müzakirə etdik, dərhal da həlli istiqamətində addımlar atıldı. 
Bu cür yüksək xidmətin təşklinində əməyi keçən hər kəsə təşəkkür edirəm. Ölkəmizdə bütün təbidlərin, beynəlxalq yarışların rahat və təhlükəsiz keçirilməsində polisin xidmətləri çox böyükdür. Bunu ən azından DİN yanında İctimai Şuranın üzvü, Avtosfer.az saytının rəhbəri kimi yaxından izləmək imkanı olan biri kimi deyirəm. Kimdəsə azca şübhə varsa növbəti yarışlarda, təbirlərdə reallıqları onlara da göstərməyə hazıram.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh